Prezidentin digər sərəncamı isə daxili işlər naziri vəzifəsinə təyinatla bağlı oldu. Belə ki, daxili işlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.
Bu təyinatdan sonra daxili işlər nazirinin birinci müavini vəzifəsi boş olaraq qalır.
Modern.az-ın məlumatına görə, hazırda daxili işlər nazirinin 4 müavini var: polis general-leytenantları Oruc Zalov, İsmət Əliyev, Şahin Məmmədov (həm də Daxili Qoşunların komandanı) və Fazil Quliyev (həm də Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).
Mümkündür ki, adları çəkilən generallardan hansısa biri daxili işlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilsin.
Amma o da mümkündür ki, həmin posta ümumiyyətlə təyinat olmasın və ləğv edilsin. Çünki təcrübədə əvvəllər belə hal baş verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !