“Dayazsulu Abşeron”da ilk quyu gələn ilin I rübündə qazılacaq

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.
Anews.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayının 28-də ictimaiyyətə açıqlanıb və hazırda hökumətlə və ictimaiyyətlə müzakirələr davam edir. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin birinci rübündə başlanacaq.
Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin "KazMunayQaz” şirkətinə məxsus "Sətti” üzən qazma qurğusu vasitəsilə aparılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 