Rusiyada yaşayan azərbaycanlı "Ded Xasan" ləqəbli Aslan Usoyanın qardaşı oğlu Gia Sverdlovski ləqəbli qanuni oğru, 47 yaşlı Georgi Akoyevdən kriminal avtoritetlərə şikayət edib.
Qaynarinfo-nun məlumatına görə, Gia Sverdlovski Yekatrinburqda yaşayan Azərbaycan vətəndaşına 6 kiloqram qızılını daha yüksək qiymətə (50 milyon rubula) satacağına və qazancını onunla bölüşəcəyinə söz verib.
Azərbaycan vətəndaşı da əlində olan 6 kiloqram qızılı qanuni oğrunun adamlarına təhvil verərək qaranlıq bir razılaşma əldə edib. Gia Sverdlovski qızılı ələ keçirdikdən sonra yoxa çıxıb.
Rusiyada çıxılmaz vəziyətdə qalan həmyerlimiz Georgi Akoyevdən qızılını geri almaq üçün azərbaycanlı kriminal avtoritetlərdən kömək istəyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !