Dəhşətli nüvə savaşı QAPIDA

18:00 | 10.08.2018
Dəhşətli nüvə savaşı QAPIDA

Dəhşətli nüvə savaşı QAPIDA

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında iyun ayında Sinqapurda baş tutan görüşün ardınca başlayan proses dalana dirənib.
 
Publika.az xəbər verir ki, Vaşinqton hökumətinin Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara davam etmək qərarı Pxenyanı qəzəbləndirib.
 
Şimali koreyalı diplomatlara görə, ABŞ adına müzakirələri davam etdirən komissiya Donald Trampın istəklərinin əksinə hərəkət edir. Belə ki, amerikalı müzakirəçilər Sinqapur zirvəsinin əksinə hərəkət edir və Pxençan hökuməti bu müzakirələrin sanksiyaları sərtləşdirəcəyi təqdirində nüvə silahlarından imtina etmək mövzusunda heç bir addım atmayacaq.
 
Hazırda ABŞ Şimali Koreyaya tətbiq edilən sanksiyaları davam etdirməkdə təkid edir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının hesabatına görə, Pxençan nüvə silahlarının inkişafını sürdürür.
 
Qeyd edək ki, 2017-ci ildə 20-dən çox ballistik raket sınağı keçirən Kim Çen In 2018-ci ildə yeni bir səhifə açmağa qərar vermişdi. Öncə düşmən qardaşı Cənubi Koreyaya tarixi səfər edən Kim Çen daha sonra Donald Trampla görüşmüşdü. Şimali Koreyanın ötən il sınaqdan keçirdiyi qitələrarası ballistik raketlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonu vurmaq potensialına sahib idi.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb