Dəhşətli oyun Azərbaycanda da yayıldı - “Əmr edirəm, intihar et!"

16:06 | 14.11.2017
Dəhşətli oyun Azərbaycanda da yayıldı - “Əmr edirəm, intihar et!

Dəhşətli oyun Azərbaycanda da yayıldı - “Əmr edirəm, intihar et!"

Sön dövrlər dünyada baş verən yüzlərlər intihar hadisələrinin səbəbkarı kimi göstərilən "Mavi balina” oyunu sürətlə yayılmaqda davam edir.

Oyunun adı dalğaların sahilə vurduğu və həyatda qalma şansları çox az olan balinalardan götürülüb. "Mavi balina”nın rəsmi bir internet adresi və qanuni satışı yoxdur. Bu oyun rus tanışlıq saytlarına daxil olan şəxslərə idarəçi tərəfindən göndərilir. Oyuna daxil olan şəxslərin istifadə etdiyi cihaza birbaşa olaraq virus daxil olur. Həmin virus istifadəçinin bütün şəxsi məlumatlarını ələ keçirir və sonradan onun şantaj olunmasında istifadə olunur.
"Mavi balina” oyunu 50 gün davam edən, 50 təlimatdan ibarətdir. Burada insanların özünə xəsarət yetirilməsindən tutmuş, adları göndərilən qorxu filmlərinin izlənilməsinə qədər bir sıra təlimatlar verilir. 49 təlimatı bitirdikdən sonra 50-ci gündə istifadəçinin özünü öldürməsi tələb edilir. Son təlimatda deyilir: "Öl! Onsuz da yenidən doğulacaqsan”.

Oyun 2015-ci ildə Rusiyada, 18 yaşdan aşağı uşaqlar arasında yayılıb. Təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilə qədər Rusiyada 130 uşaq bu oyunun qurbanına çevrilib. Rusiyadan sonra oyun qısa müddət ərzində Azərbaycan da daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Ukrayna, daha sonra Avropa ölkələri, ABŞ, Fransa və İngiltərədə də yayılmağa başlayıb. Son məlumatlara əsasən, təkcə Türkiyədə "Mavi Balina” oyununa görə 142 gənc intihar edib.

Ölkəmizdə də yayılan bu oyunla bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, şikayət nəticəsində bu cür oyunları silmək mümkündür:

""Mavi balina” oyununun "App Store” və "Play Store” ilə heç bir əlaqəsi yoxdur. İnsanların intiharına səbəb olan "Mavi balina” oyunu kompüter oyunu deyil. Bu oyun qeyri-formal xarakter daşıyır və insan faktorunun müəyyən komando verməsilə oynanılır. Qeyd etmək lazımdır ki, bu gün sosial şəbəkədə insanların həyatına, psixologiyasına təsir edən müxtəlif qruplar var. Onlara qarşı mübarizə aparılır, şikayət olunduqda isə bağlanır. "Mavi balina” oynu sırf sosial şəbəkələrdə gizli olaraq yayılıb. Bir məsələni qeyd etmək istəyirəm ki, müasir aləmdə "Darknet” adlanan internet mövcuddur. Bu, bizim gündəlik istifadə etdiyimiz internet deyil. Orada isanların psixologiyasına təsir edən bu tipli oyunlar, videolar olur. Bunların qarşısını almaq olduqca çətindir. Qlobal səviyyədə götürsək, ABŞ-ın xüsusi xidmət orqanları bununla mübarizə aparır. Belə halların Azərbaycana təsiri yoxdur. Lakin sosial şəbəkələrdə və digər proqramlarda psixologiyaya təsir edən oyunlar olarsa, mütləq bu haqda həmin oyunun yerləşdiyi şəbəkə, qurum və şirkətlərin onlayn mağazalarına müraciət etmək lazımdır. Şikayət nəticəsində bu tipli oyunlar silinə bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti