DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü öldü - FOTO

20:42 | 18.07.2019
Türkiyənin Isparta vilayətində iki minik avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Isparta-Konya avtomagistralının 53-cü kilometrliyində qeydə alınıb.
Məlumata görə, Zəkəriyə Bayındırın (59) idarəetməsindəki 32 EH 729 dövlət qeydiyyat nişanlı "Tofaş” markalı maşın Berat Ç.-nin idarə etdiyi 32 AAR 854 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobillə yolun yağışlı və sürüşkən olması səbəbindən toqquşub.
Qəza nəticəsində "Tofaş”ın sürücüsü, həyat yoldaşı və 6 aylıq hamilə gəlinin hadisə yerində həyatlarını itirib. "Range Rover”in sürücüsü isə yaralanıb.

Digər sürücülərin xəbər verməsi ilə insident yerinə səhiyyə, polis və xilasetmə qüvvələri gəlib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nəqliyyat vasitəsində sıxışan 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis araşdırmalara başlayıb.
 





www.anews.az
loading...