Dəhşətli qəza Ramil Usubovun nəzarətinə keçdi - FOTOLAR+VİDEO

13:30 | 30.12.2013
Dəhşətli qəza Ramil Usubovun nəzarətinə keçdi - FOTOLAR+VİDEO

Dəhşətli qəza Ramil Usubovun nəzarətinə keçdi - FOTOLAR+VİDEO

“Ramil Usubov məsələnin araşdırılması ilə bağlı şəxsən göstəriş verib”.“Axar.az” məlumat verir ki, bu açıqlama ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev çıxış edib.O, Qızıldaşa gəlməkdə əsas məqsədlərinin baş vermiş hadisəni araşdırmaqdan ibarət olduğunu deyib:“Bura gəlməkdə əsas məqsədimiz mərhumun ailəsi ilə görüşmək və məsələyə aid olan şahidləri dindirməkdən ibarətdir. Məsələ tezliklə araşdırılıb başa çatdırılacaq”.Dünən Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasına səbəbkar olan yol polisinə görə qızıldaşlılar kütləvi şəkildə tələb irəli sürüblər. Onlar əvvəl Müşfiq qəsəbəsindəki Dövlət Yol Polisi postu qarşısında aksiya keçirib, Şamaxı-Bakl yolunu bağlayıblar. Daha sonra aksiya Qızıldaş qəsəbəsində davam edib. “Axar.az”a Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən daxil olan məlumata görə, sakinlər Qaradağ rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinin qarşısına toplaşaraq, günahkarın cəzalandırılmasını tələb ediblər. Sakinlər bildirib ki, qəzanın baş verməsinə səbəb yol patrul xidməti əməkdaşının 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlunun sürücüsü olduğu 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşını qovmasıdır. Yol polisinin avtomaşını qovması nəticəsində qəza baş verib və dəhşətli faciə yaşanıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb