Dəhşətli qəzanın səbəbi bilindi

23:00 | 30.06.2015
Dəhşətli qəzanın səbəbi bilindi

Dəhşətli qəzanın səbəbi bilindi

Pilot mühərrikdə nasazlığın olduğunu deyib və bazaya qayıtmaq üçün icazə istəyib.

İndoneziya rəsmiləri hərbi təyyarənin qəzaya uğrama səbəbini açıqlayıb. ANS PRESS-in məlumatına görə, İndoneziyanın Hərbi Hava Qüvvələrinin nümayəndəsi Aqus Supriatna "Hercules C-130" təyyarəsinin texniki nasazlıq ucbatından düşə biləcəyini deyib.

Onun sözlərinə görə, pilot mühərrikdə nasazlığın olduğunu deyib və bazaya qayıtmaq üçün icazə istəyib. "Təyyarə dönüş edərkən qəzaya uğrayıb", - deyə Aqus Supriatna əlavə edib.

Xatırladaq ki, bu gün İndoneziya Hərbi Hava Qüvvələrinə aid hərbi yük təyyarəsi "Hercules C-130"un qəzaya uğraması nəticəsində 100-dən çox adam ölüb. Təyyarədə olanların hamısının həlak olduğu bildirilib. Ölənlərin 12-si heyət üzvü, 101-i isə sərnişin olub. Daha 3 nəfər bina sakini olub. Ölənlər arasında bir azyaşlı uşaq da var. Qəzanın böyüklüyünü nəzərə alaraq ölü sayının artacağı deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM