Cənubi Koreyada MERS virusuna yoluxanların sayı artıb.
ANS PRESS-in məlumatına görə, Cənubi Koreyada Yaxın Şərq Respirator Sindrom (MERS) virusuna daha bir nəfər yoluxub. Bu barədə xəbəri "Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan bir nəfər də aşkar edilib. Ölüm halı isə dəyişməz olaraq qalıb: 31.
Ölkə ərazisində bu virusdan ilk ölüm hadisəsi bu il mayın 20-də baş verimişdi. Bundan başqa, bu virusa ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında rast gəlinib. Xəstəlik titrəmə və öskürəklə müşayiət olunur.
Qeyd edək ki, ötən həftə Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !