“Dəlinin qeydləri” Moskvadan uğurla döndü - FOTOLAR

20:27 | 27.05.2016
“Dəlinin qeydləri” Moskvadan uğurla döndü - FOTOLAR

“Dəlinin qeydləri” Moskvadan uğurla döndü - FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Moskva vilayətinin Lobnya şəhərində keçirilmiş "Rus klassikası. Lobnya – 2016” XXI Beynəlxalq Gənclər Teatr Festivalından uğurla dönüb.
 
Hər il ənənəvi keçirilən festivalda ölkəmizi  teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun "Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edib. Quruluşçu rejisoru Xalq Artisti Cənnət Səlimova olan tamaşamız festivalın münsiflər heyətinin yüksək fikirləri və festival iştirakçılarının alqışları ilə qarşılanıb. Tamaşanın müzakirəsi Rusiyanın görkəmli teatr tənqidçiləri və mütəxəssislərinin iştirakı ilə baş tutub.  

Festivalda ölkəmizlə yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyanın müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib.  Festivalda iştirak edən kollektivlər görkəmli Rus dramaturqları F.M.Dostoyevski, N.V.Qoqol, M.Y.Lermontov, İ.S.Turgenevin əsərləri müraciət ediblər. 

Məlumat üçün bildirək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik Rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir. 
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM