“Delta Telekom”dan internetlə bağlı AÇIQLAMA

12:00 | 17.11.2015
“Delta Telekom”dan internetlə bağlı AÇIQLAMA

“Delta Telekom”dan internetlə bağlı AÇIQLAMA

"Delta Telekom”dan internetlə bağlı 

Azərbaycan ərazisinin 90 faizini internetlə təmin edən "Delta Telekom” MMC dünən baş vermiş problemə aydınlıq gətirib.

"Delta Telekom” şirkətindən aznews.az-a verilən məlumata görə, problemlə əlaqəli bəzi yerlərdə internetin sürəti zəif olacaq: "Dünən yaranmış problem tam olaraq aradan qaldırılıb. Problem texniki nasazlıq səbəbindən yaranmışdı. Hazırda hər şey qaydasındadır. Azərbaycan ərazisi internetlə tam təmin olunub. Ola bilər ki, müəyyən ərazilərdə sürətlə bağlı problem olsun. Hazırda onlar da bərpa olunur”. 

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet ötürücüsü olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM