Dəm qazı iki can aldı

14:36 | 21.01.2014
Dəm qazı iki can aldı

Dəm qazı iki can aldı

Bakı və Gəncə sakinləri dəm qazından zəhərlənərək ölüb.Azərbaycanda üç nəfər zəhərlənmə nəticəsində ölüb.Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 19-da Binəqədi rayon sakini Cəfər İsmayılov, yanvarın 20-də Gəncə şəhər sakini Rasim Hüseynzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Bundan əlavə, həmin Bakı şəhər sakini Ayaz Nəcəfov kimyəvi məhluldan (rastvoritel) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, Ayaz Nəcəfov yanvarın 20-də orada ölüb.Qeyd edək ki, yanvarın 19-da daha üç nəfər evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Bunlar Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evlərdən birində yaşayan Çin vətəndaşı Ye Xuenq, Gəncə şəhər sakini Baba Quliyev, Hacıqabul rayon sakini Əlihüseyn Əliyev olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti