Dəm qazından boğulan idmançı məşhur döyüşçümüzün qardaşı imiş - FOTO

10:43 | 03.02.2020
Bakının Ramana qəsəbəsində dəm qazından vəfat edən MMA idmançısı Arzuman Abbasovun kimliyi müəyyənləşib.


Anews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, 22 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, "Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.


Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.
 
Qeyd edək ki, həvəskar MMA yarışlarında Azərbaycan çempionu olmuş Arzuman Abbasovun meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

















www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM