Demarkasiya iki ölkə arasındakı münasibətləri düzəldəcək - Alen Simonyan

13:44 | 11.07.2024
Demarkasiya iki ölkə arasındakı münasibətləri düzəldəcək - Alen Simonyan

Demarkasiya iki ölkə arasındakı münasibətləri düzəldəcək - Alen Simonyan

Ermənistan demarkasiya prosesi ilə iki ölkə arasında davam edən böyük müharibənin sonuna çatacağına ümid edir. Bunu ölkənin parlament sədri Alen Simonyan deyib. 
 
"Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi heç bir qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Ümid edirəm ki, biz onilliklər boyu davam edən və iki böyük fəlakət - müharibə gətirən mübahisəyə son qoyacağıq”, - Alen Simonyan bildirib.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub.

Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM