Dəmir yollarına yaxın tikilmiş evlər sökülə bilər

15:35 | 12.02.2015
Dəmir yollarına yaxın tikilmiş evlər sökülə bilər

Dəmir yollarına yaxın tikilmiş evlər sökülə bilər

"Tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq”.

APA-nın məlumatına görə, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları Qəbələdə keçirilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərlə bağlı seminarda səsləndiriblər.

Qeyd edək ki, bu cür seminarlar  Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni məqamlar, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər ilə əlaqəli təşkil edilir.

FHN əməkdaşları  yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurlarından bəhs ediblər:

"Bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM