Dəmir yolu ilə sərnişin daşımaları artıb

14:42 | 01.02.2024
Dəmir yolu ilə sərnişin daşımaları artıb

Dəmir yolu ilə sərnişin daşımaları artıb

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq rekord 7,1 milyon nəfərə kimi artırıb. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat verib.

2022-ci ildə Azərbaycan Dəmir Yolları 5 milyon 136 min sərnişin daşıyıb. Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə sərnişindaşıma 38,4% artıb.

"Azərbaycan Dəmir Yolları 2023-cü ildə öz fəaliyyətində ilk dəfə olaraq 7 milyondan çox sərnişin daşıyıb”, - "Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Cəmiyyət 2023-cü ildə sərnişinlərin 5%-nin şəhərətrafı istiqamətlərə, 95%-nin isə digər istiqamətlərə daşındığını vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM