Dəmir yolu ilə yük ixracı artıb

16:24 | 15.02.2024
Dəmir yolu ilə yük ixracı artıb

Dəmir yolu ilə yük ixracı artıb

2023-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin daşıdığı ixrac yükləri 2022-ci illə müqayisədə 10,8 % çox olub. Bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, ixrac olunan yüklər arasında ən böyük artım sement kilingeri, bitum və qudron; torpaq, qum, gil və təbii daşlar, sintetik qatran və plastik kütləsi məhsullarında qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları” QSC 2022-ci illə müqayisədə 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq rekord 7,1 milyon nəfərə kimi çatdırıb.

2022-ci ilin yekunları üzrə ADY ilə 18,7 milyon ton yük daşınıb.

2023-cü ilin yanvar-martında ADY tərəfindən 4,4 milyon ton yük daşınıb.

Prezidentin sərəncamı ilə ADY 20 iyul 2009-cu il tarixində yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
 

Aygün 
 

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM