Dəmir yolu ilə yükdaşımaların həcmi 11 % artıb

16:48 | 05.06.2024
Dəmir yolu ilə yükdaşımaların həcmi 11 % artıb

Dəmir yolu ilə yükdaşımaların həcmi 11 % artıb

2024-cü ilin yanvar-mayında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində deyib. 
 
O bildirib ki, dəmiryolu ilə daxili yükdaşımalarda da 6% artım olub. 
.
Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,8 milyon tondan çox tranzit yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Son 1 ildə ADY-nin ölkə daxilində yükdaşımaları isə 6 % artaraq 0,8 milyon tonu keçib.

Yanvar-martda dəmir yolu müəssisəsi ümumilikdə 4,4 milyon tondan çox yük daşınıb.
 
Mayın 9-10-da Ankarada keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib.
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM