Dəmir yolu vağzalı yenilənir - Fotolar

16:42 | 04.03.2015
Dəmir yolu vağzalı yenilənir - Fotolar

Dəmir yolu vağzalı yenilənir - Fotolar

Bakı dəmir yolu vağzalı yenidən qurulur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının "Mavritaniya" üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM