Dəmirəl üçün möhtəşəm məzar hazırlanır - FOTO

00:15 | 22.07.2014
Dəmirəl üçün möhtəşəm məzar hazırlanır - FOTO

Dəmirəl üçün möhtəşəm məzar hazırlanır - FOTO

Bu məzar Atatürkün dəfn edildiyi "Anıtqəbir"dən böyük olacaq

Türkiyənin 9-cu prezidenti 90 yaşlı Süleyman Dəmirəl üçün möhtəşəm anıt-məzar hazırlanır. 

ANS PRESS-in xəbərinə görə, Dəmirəlin dünyaya gəldiyi İsparta şəhərinin İslamköy kəndində hazırlanan anıt- məzarın ərazisi 58 000 kvadratmetr ərazini əhatə edir. Bu isə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün movzleyinin olduğu “Anıtqəbir”dən də böyükdür. 

Tikintisi Dəmirəlin mühəndis qardaşı Şövkət Dəmirəl tərəfindən başladılan məzarlığın bu ilin axırına kimi başa çatması gözlənilir. 

Məlumata görə, bu ərazidə dünyanın hər yerindən ağaclar əkiləcək, həmçinin S. Dəmirəlin 9-cu prezident olmasının rəmzi kimi 9 süni göl yaradılacaq. 

Qeyd edək ki, Süleyman Dəmirəlin də vaxtaşırı bu yerə gedərək tikinti işləri ilə tanış olduğu bildirilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM