Mərhum prezident bildirib ki, Azərbaycan 10 il sonra başqa ölkə olacaq.
Bu gün səhər tezdən dünyasını dəyişən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin Azərbaycan xalqına bəzi məsləhətləri olub. ANS PRESS-in məlumatına görə, mərhum Dəmirəl fikirlərini, bir neçə il əvvəl "Bizim ulduz" layihəsi çərçivəsində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verdiyi müsahibədə dilə gətirib. Azərbaycanı birliyə, qardaşlığa dəvət edən Dəmirəl bildirib ki, Azərbaycan 10 il sonra başqa ölkə olacaq:
Vahid Mustafayev: - Bir ağsaqqal kimi sizin Azərbaycana nə tövsiyəniz var?
Süleyman Dəmirəl: - Azərbaycana... Rahatlığı, sakitliyi, böyüməyi, inkişaf etməyi, zəngin olmağı, qardaşlığı, birliyi davam etdirin. 10 il sonra başqa Azərbaycan olar. Sovet idarəçiliyi üzündən həyata keçirilməyən işlər 10 il ərzində ediləcək. Elmdə, bilikdə çox yaxşısınız. Xalq çox gözəl xalqdır. Həyatsevər, çalışqan xalqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !