Dəmiryol Vağzalı qarşısında parkinq tarifləri müəyyənləşib

15:51 | 26.03.2024
Dəmiryol Vağzalı qarşısında parkinq tarifləri müəyyənləşib

Dəmiryol Vağzalı qarşısında parkinq tarifləri müəyyənləşib

Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib.
 
Qiymətlər parklanma müddətinə əsasən müəyyən ediləcək.

Parklanma qiymətləri aşağıdakı kimidir:

İlk 15 dəqiqə pulsuzdur.
15-30 dəqiqə - 1 manat,
30-60 dəqiqə - 2 manat,
1-2 saat - 4 manat,
2-3 saat - 6 manat,
3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan "28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM