Delmitasiya sülhdən sonra həll oluna bilər - Ermənistan parlamentinin spikeri

14:53 | 22.12.2023
Delmitasiya sülhdən sonra həll oluna bilər - Ermənistan parlamentinin spikeri

Delmitasiya sülhdən sonra həll oluna bilər - Ermənistan parlamentinin spikeri

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sülh sazişi bağlandıqdan sonra həll oluna bilər. Bu barədə Ermənistan mətbuatı ölkə Parlamentinin  spikeri Alen Simonyana istinadan yazıb. 
 
"Delimitasiya və demarkasiya illər çəkə bilər. Bəzi məsələlər həll olunandan, sülh sazişi imzalanandan, cəmiyyətlər sülhə qovuşduqdan sonra oxşar hadisə də baş verə bilər. Amma bu mənim şəxsi fikrimdir", - o bildirib. 
 

Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri sərhədlərin delimitasiya ilə bağlı görüşüb. Görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri delimitasiya komissiyalarının iclaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər. 
 
Sərhədlərin delimitasiyası komissiyası iclası indiyədək 3 dəfə keçirilib. 
 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM