Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olundu - Foto

20:38 | 27.01.2021
Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olundu - Foto

Dəniz quldurları tərəfindən öldürülən Fərman İsmayılov dəfn olundu - Foto

Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.

Anews.az xəbər verir ki, onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.

Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən "MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti