Dəniz sahilinə yayılan plastik xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib

19:30 | 21.11.2022
Dəniz sahilinə yayılan plastik xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib

Dəniz sahilinə yayılan plastik xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib

Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib. 


"Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində  sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb. 


Vaqif Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb