Dənizdə 58 nəfər miqrant batıb

22:30 | 05.12.2019
Dənizdə 58 nəfər miqrant batıb

Dənizdə 58 nəfər miqrant batıb

Miqrantları daşıyan qayıq Qambiyadan İspaniyaya üzürmüş
 
Mavritaniya (Afrikanın şimal-qərbində yerləşən Mavritaniya İslam Respublikası) sahillərində dənizdə 58 miqrant batıb. Daha 83 miqrant dənizə düşsə də, onlar çətinliklə quruya çatıb və ilk tibbi yardım ala biliblər.
 
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, içərisində uşaq və qadınların da olduğu 150-dən çox miqrantı daşıyan motorluq qayıq Qambiyadan (Afrikanın şimal-qərbində kiçik dövlət) üzü İspaniyaya üzürmüş. Yanacağı bitən qayıq suda qalınca, miqrantlar üzərək sahilə çıxmaq istəyiblər.
 
Təəssüf ki, onların bir qrupu dənizdə batıb. Hazırda sağ qalan miqrantların ölkəsinə qaytarılması üçün Mavritaniya ilə Qambiya arasında danışıqlar aparılır.
 
Məlumat üçün deyək ki, GALLUP Sosial Araşdırmalar Xidmətinin məlumatına görə, hazırda dünyada 710 milyon insan başqa ölkələrə köç edib orada yaşamaq istəyir. Potensial miqarntların çoxu Afrika ölkələrinin sakinləridir. Təkcə Liberiya əhalisinin 54%-i, Konqo Demokratik Respublikasının 50%-i, Nigeriyanın 43%-i, Sudan əhalisinin 37%-i, Qvineya əhalisinin isə 36%-i ölkəni tərk etmək istəyir.
 
Araşdırmaya görə, miqrantların arzuladıqları ölkələr içərinsində ilk yeri Almaniya tutur. Arzulanan ölkələrin növbəti pillələrində Böyük Britaniya, Fransa, İspaniya və İtaliya qərarlaşır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb