Dənizdə batanlardan biri tanınmış şairin oğludur

13:41 | 01.08.2020
dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.  Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 

"Qafqazinfo” xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 
Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat verib:

"Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 
Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM