Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

23:50 | 24.06.2021
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilir ki, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Xəzər" və "Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb