Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olunub - Video

Dənizdə bir nəfər batıb, axtarışa helikopterlər cəlb olunub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər