1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Parkda attraksionlar pulsuz olacaq. ANN.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, aksiya 1 iyun saat 09:00-dan günorta saat 13:00-a qədər davam edəcək. “İstənilən şəxs gələrək burada istirahət edə və bolluca əylənə bilər”.Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi mütəmadi olaraq imkanı zəif ailələri nəzərə alaraq attraksionlardan pulsuz istifadə aksiyaları keçirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !