Paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərkət zolağından ibarət olacaq.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, layihə üzrə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub.Hazırda yol boyu piyada keçidlərinin, torpaq yatağının və kommunikasiya xətlərinin ehtiyat keçidlərinin tikintisi işləri davam etdirilir. Artıq 600 m məsafədə ikiqat asfalt-beton örtüyünün döşənməsi və 1 piyada keçidinin tikintisi başa çatdırılıb.Eni 45 m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır.Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan Ağ Şəhərin ərazisinə nəqliyyat bağlantısı yaradılacaqdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !