Azərbaycanda bələdiyyələrin cəlbediciliyi yetərli səviyyədə deyil, onların səlahiyyətləri ən aşağı səviyyədədir.
Onun sözlərinə görə, bələdiyyələri lazımi qədər inkişaf etdirmək mümkün olmadığı üçün insanları bələdiyyə seçkilərində iştirak etməyə sövq etmək çətinlik yaradır.
Deputat əlavə edib ki, bələdiyyələr hər hansı yerli səviyyədə kiçik problemin həll etmək gücünə malik deyillər: "Bələdiyyələr yeni yarandıqda onların əsas funksiyaları torpaq alqı-satqısı ilə məşğul olmaq idi. İndi onların torpaq resursları tükəndiyinə görə sanki işsiz bir quruma çevrilməkdədirlər. Biz onları dirçəltməliyik, çünki bələdiyyələrin güclənməsi dövlətin güclənməsi, onun büdcə yükünün azalması deməkdir".
Deputat deyib ki, bu gün Milli Məclisdə qadınların təmsil olunma göstəricisi 14 faizdir. Bunu olduqca aşağı göstərici sayan F.Mustafa vurğulayıb ki, qadınlar idarəetmədə kvota əsasında təmsil olunmamalıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !