Deputat Bakıda ildə 4-5 metro tikilməsini təklif edib

11:43 | 01.11.2024
Deputat Bakıda ildə 4-5 metro tikilməsini təklif edib

Deputat Bakıda ildə 4-5 metro tikilməsini təklif edib

Bakıda ildə 4-5 metro stansiyasının açılmasına ehtiyac yaranıb. Bunu deputat Razi Nurullayev deyib. 
 
"Mən bir neçə ölkələrin təcrübəsini araşdırdım. Məsələn Moskvada ildə ən azı 4-5, ən çoxu 7-8 stansiya tikilir. Bakıda sıxlıq getdikcə artır. Təklif edirəm ki, Bakıda ildə 4-5 metro stansiyası tikilsin. Başqa yolla bu tıac problemini həll edə bilməyəcəyik", - deputat noyabrın 1-də Milli Məclisdə çıxışında deyib.
 
Deputat həmçinin COP29-la bağlı bəzi yolların bağlanmasını nəzərə alaraq təklif edib ki, təşkilatlar noyabrda online rejimdə çalışsın. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM