Deputat baş nazirə səsləndi: Bu suallara nə zaman cavab veriləcək? - VİDEO

15:11 | 16.02.2024
Deputat baş nazirə səsləndi: Bu suallara nə zaman cavab veriləcək? - VİDEO

Deputat baş nazirə səsləndi: Bu suallara nə zaman cavab veriləcək? - VİDEO

 Deputat Qüdrət Həsənquliyev baş nazir Əli Əsədova prezident seçkilərindən sonra başlanacaq "yeni dövr özünü nədə etiva edəcək?” sualı ilə müraciət edib. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.
 
"Prezident andiçmə mərasimindən sonra bildirdi ki, yeni dövr başlayır. Soruşmaq istəyirəm ki, bu dövr özünü nədə etiva edəcək? Repititorluğa qarşı hər hansı addımlar atılacaqmı? Kasım insanların nə Əli Əsədova, nə də bizə pisliyi keçməyib. Hamı bilmək istəyir quru sərhədlər nə vaxt atılacaq?”, - deputat fevralın 16-da Milli Məclisin plenar iclasında baş nazirə müraciət edərək bildirib.
 
Baş nazir Əli Əsədov deputata cavab olaraq bildirib ki, yaxın zamanda hökumətin Milli Məclis qarşısında hesabatı təqdim olunacaq. Həmin hesabatda qeyd olunan suallara cavab veriləcək.
 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM