Zarui Postancanyan: "Bütün vətəndaşları küçələrə çıxıb kütləvi etiraz aksiyalarına qatılmağa çağırıram
"Ermənistan parlamentinin Konstitusiya dəyişikliklərini təsdiqləməsi prezident Serj Sarqsyana öz hakimiyyətini davam etdirməyə, xalqın yaxşı həyata olan ümidini qırmağa imkan verəcək".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Zarui Postancanyan bildirib.
"Belə bir şəraitdə sadə Ermnənistan vətədaşları nə etməlidir? Hakimiyyətin özbaşınalığına görə ölkədən getməlidirmi? Mən bütün vətəndaşları qüvvələri birləşdirməyə, küçələrə çıxıb kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıram", - o, vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !