Deputat: Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar

12:27 | 11.10.2017
Deputat: Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar

Deputat: Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar

Bu bir həqiqətdir ki, regionun inkişafı, həyata keçirilən bütün layihələr yalnız Azərbaycan vasitəsilə, ölkəmizin dəstəyi ilə mümkündür.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, Ermənistanın inkişaf perspektivləri və bir dövlət olaraq mövcudluğu Azərbaycanla münasibətlərdən asılıdır: "Ermənistan nə qədər tez bunu dərk edərsə, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxararsa, o zaman bu ölkənin gələcək inkişafı üçün perspektivlər də açılar. Bu gün Ermənistanın Azərbaycanla və digər dövlətlərlə ultimatum, hədə-qorxu, terror dilində danışması tamamilə bu ölkənin əleyhinədir və belə mövqeyin heç bir perspektivi yoxdur. Böyük dövlətlər də anlayırlar ki, işğalçı mövqeyindən çəkinmək üçün Ermənistana artıq təzyiqlər göstərilməlidir”.

Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək: "Bunu Ermənistan da, digər dövlətlər də nə qədər tez dərk etsə, hamı üçün daha yaxşı olar. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ermənistanın təcavüzünə qarşı cavab vermək və ermənilərin işğalçı qoşunlarını torpaqlarımızdan çıxartmaq gücünə malikdir. Azərbaycan öz mövqeyini açıq-aydın ifadə edib və cənab Prezident dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM