Deputat: Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır

10:45 | 20.02.2019
Deputat: Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır

Deputat: Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır

Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır.

Anews.az oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, bunun üçün daha ciddi və fundamental qanunvericilik əsasları yaradılmalıdır.

"Çünki zaman bunu tələb edir. Həmin insanların videobloqlarının, təhrikçi çıxışlarının, sosial şəbəkələrdəki hesablarının Azərbaycana çıxışı əngəllənməlidir. Kimsə internet məkanında bunların iyrənc fikirləri ilə qarşılaşmamalıdır. Bizim bu fikirlərimizi bəzən kontekstdən çıxarıb internetin, sosial şəbəkələrin yasaqlanması ideyası kimi təqdim edirlər. Xeyr, belə deyil.

Əksinə, internetin gücü, resursları bir az da artsın, amma cinayətkarların həmin imkandan bəhrələnə bilməməsi şərti ilə! Tələbimiz və arzumuz məhz budur. Heç şübhəsiz, həmin şəxslər bir gün mütləq hüquqa, qanuna, istintaqa, məhkəmələrə təslim ediləcək.

Həmin zamanı, müddəti oturub sakitcə gözləməməliyik. İslahın bir çox vasitələri var. Həmin vasitələr təxirəsalınmaz formada düşünülməli, tapılmalı və icra edilməlidir”, - deyə millət vəkili əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb