Deputat heçvaxt işləməyən şəxslərə də vəfat etdikdən sonra müavinət verilməsini təklif edib/VİDEO

Azərbaycanda heç vaxt işləməyib sığorta ödəməyən şəxslərə də vəfat etdikdən sonra müavinət verilməlidir. Bunu deputat Fazil Mustafa deyib.
"Heç vaxt işləyən və bu pula ehtiyacı olan şəxslərdən müraciətlər daxil olur. Hesab edirəm ki, bu məsələ diqqətdə saxlanılmalıdır. Hər kəsə ən azı 300-400 manat dəyərində ölüm müavinəti verilməlidir", - deputat mayın 7-də Milli Məclisdə çıxışnda bildirib.
Hazırda Azərbaycanda sığorta etməyən şəxslərə vəfat etdikdən sonra heç bir müavinət verilmir.
İşləyən və pensiya alan şəxslər üçün isə müavinətin məbləği 500 -800 manat nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 