"İçməli su istiqamətində vəziyyət o qədər də ürəkaçan deyil. Respublikanın əsas su anbarlarında 20,8 milyard kub metr ümumi su tutumuna qarşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 543 milyon kub metr çox, yəni 12,4 milyard kub metr həcmində su toplanıb. Yalnız əsasən içməli su təchizatına xidmət edən Taxtakörpü və Ceyranbatan su anbarlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 43 və 32 milyon kub metr həcmində az su toplanılıb.
Səhiyyə nazirliyinin araşdırmalarına görə Kür və Araz çaylarının suyundan istifadə edən, su imkanları məhdud olan 26 rayon ərazisində yerləşən 422 kənddə istismar edilən modul tipli sutəmizləyici qurğularından 402 su nümunəsi müayinə olunmuşdur. Nəticələr belədir. orqanoleptik (qeyri-kafi 26,1%), kimyəvi (qeyri-kafi 25,9%) və bakterioloji (qeyri-kafi 19,6%)", - deputat vurğulayıb.
Deputat içməli su ilə bağlı bağlı bəzi təkliflər irəli sürüb.
O bildirib ki, prezidentin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”sərəncamına uyğun olaraq Azərbaycanda formalaşan suların yığılması məsələsi prioritet olmalıdır və su tutumları, ambarları, dəryaçaları yaradılmalıdır.
Deputat təklif edir ki, rayon və şəhərlərdə texniki su ucuz qiymətə verilmək şərtilə onların əlavə təminatı yaradılmalıdır.
Deputatın təklifəri sırasında respublika ərazisində içməli suyun keyfiyyətini ÜST nörmalarına uyğunlaşdırması və Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının müasir tələblər səviyyəsində yenidən qurulması işlərinin başlanması da var.
Millət vəkili Kür çayına kanalizasiya və çirkab suların birbaşa axıdılması məsələsinin həll olunmasının vacibliyi vurğulayıb və təklif edib ki, su problemlərin həlli üçün İsraildən olan mütəxəssisləri dəvət etmək olar.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !