Deputat institut direktorunu debil adlandırdı

19:22 | 26.02.2018
Deputat institut direktorunu  debil adlandırdı

Deputat institut direktorunu debil adlandırdı

Son vaxtlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan xalqının təhqir edilməsi ilə bağlı məlumatlar gedir. Çox təəssüf ki, xalqı təhqir edənlərin içərisində cəmiyyət arasında kifayyət qədər nüfuz qazanmış ziyalılarda var. AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov və Masallı rayon sakini, jurnalist Mətləb Dadaşov adlı şəxs sosial şəbəkələrdə türk xalqını və Azərbaycanı təhqir edərək Ermənistan vətəndaşlığını qəbul etmək itədiyini bildirib.

Bununla bağlı big.az-a danışan deputat Rafael Cəbrayılov xalqı təhqir edənlərin özünün genetik keyfiyyatlərinə görə özü bir debil olduğunu, genetikasında erməni qanı olduğunu bildirib:

"Belə ki, özlərini alim adlandıran əslində isə alimi-biəməl bir neçə şəxsin azərbaycanlıların yarıdan çoxusunu "debil" olması və ermənilərə bənzəməsi ilə bağlı söylədikləri fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bu Azərbaycan xalqının təhqir edilməsi deməkdir. Mənim heç də bu fikirləri təkzib etmək haqqında düşüncəm yoxdur.Bu insanların özünə cavab vermək istəyirəm. Qədim yunanların belə bir məşhur kəlamı var. "Danış səni tanıyım". Amma Həzrəti Əlinin ondan da yaxşı sözü var. "Hər kəs öz dilinin arxasında gizlənir". Cəmiyyətdə alim kimi tanınan bu iki insan işlədikləri ifadələrlə əslində özlərini tanıdıblar. Danışmaq və hər bir hərəkət mənəviyyatın təzahür formasıdır. Burda da həmin insanlar danışıqları ilə iç dünyalarını təzahür edib. Azərbaycan xalqının 70 faizini "debil" adlandıran özünün genetik keyfiyyatlərinə görə özü bir debildir. Azərbaycanlıları erməni adlandıran şəxsin genetik kodunda bəlkə də doğurdan da erməni qanı var. Ona görə də hər iki şəxs ilk öncə özünü tanıtdı".

Deputat vurğulayıb ki, hüquqi müstəvidə xalqın təhqir edilməsi ilə bağlı cinayət məsuliyyəti yoxdur: "Amma mülki müstəvidə bu məsələni həll etmək olar. Bunun üçün də məhkəməyə müraciət etmək lazımdır. Məhkəmədə hər hansı maddi təzminata və üzr istəməyə nail olmaq düşünmürəm ki, onların əməlinin cavabı ola bilər. Belə insanların cavabını toplum olaraq xalq özü verməlidir. Elə bilirsiniz biz yaxşı toplumuq. Biz birləşməyi bacarmırıq. Bu təkcə Azərbaycanlılara aid deyil. Napoleon Bonapartın yaxşı bir sözü var. Deyir dünya heç də pislərin sayının çox olmasına görə deyil, yaxşıların susmasına görə bu vəziyyətdədir. Dünyanın hər bir yerində yaxşılar birləşə bilmir. Harda pis varsa onlar bir-birini tapıb birləşirlər. Cəmiyyətdə toplum olaraq hər kəs öz hüquqlarını qoruyub saxlaya bilməlidir. Hər iki özünü alim adlandıran və cəmiyyətdə kifayyət qədər tanınanlar azərbaycanlıları təhqir edir. Amma heç kəs səsini çıxarmır. Sizcə bu toplum üçün müsbət haldır? Hər kəs susur. Elə bəlalarımızda burdan başlayır. Mən elə bilirdim ki, kimsə azərbaycanlıları "deblə" və ya erməniyə bənzətsə xalq ayağa qalxar. Amma heç kəs səsini çıxartmır. Bir iki ziyalılarımızdan başqa. Məncə onların cavabını xalq özü verməlidir".
Bundan əlavə deputat qeyd edib ki, bütün türkləri təhqir edən bu "ziyalı"özü erməni vətəndaşı olmaq istəyir. Təsəvür üdin erməni KİV-ləri necə həvəslə bu xəbəri yayacaqlar. Burada deyiblər sapı özümüzdən olan baltalar...".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti