Deputat təsərrüfat tipli torpaqlarda evlərin tikilməsi ilə bağlı təklif verib

13:58 | 11.06.2024
Deputat təsərrüfat tipli torpaqlarda evlərin tikilməsi ilə bağlı təklif verib

Deputat təsərrüfat tipli torpaqlarda evlərin tikilməsi ilə bağlı təklif verib

Kənd təsərrüfatlı torpaqlarda evlərin tikilməsi ilə bağlı təyinat dəyişdilməlidir. Bunu deputat İqbal Məmmədov deyib. 

"Bu hal daha çox rayonlardadır. Kənd təssərrüfatı üzrə torpaqlar təyinatı üzrə istifadə olunmur. Həmin torpaqlarda artıq illər öncə evlər tikilib. Hazırda həmin evləri də sökmək doğru olmaz. Təklif edirəm yeni bir qanun qəbul edək və onların təyinatı dəyişdirilsin”, - deputat iyunun 11-də Milli Məclisdə çıxışı zamanı bildirib. 

Hazırda ölkədə 500 mindən çox qeyri -qanuni fərdi tikili var. 

İyunun 11-də aqrar siyasət komitəsinin iclasında çıxış eedən  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bildirib ki, hazırda qanunsuz tikililərlə bağlı yeni konsepsiya hazırlanır.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM