Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI

15:59 | 12.11.2019
Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI

Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI

"Azərbaycanın 2020-ci il üzrə dövlət büdcəsi layihəsi makroiqtisadi göstəricilər nəzərə alınmaqla müsbətdir”.

Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib. O bildirib ki, sənaye parkları 7 il müddətinə həmin vergilərdən azad edilib:

"Amma baxırıq ki, İqtisadiyyat naziri həmin sənaye parklarını daha 3 il vergidən azad etmək istəyir. Hesab edirəm ki, 7 il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər”.

Deputat qeyd edib ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır. V.Əhmədov bildirib ki, büdcə xərclərinə nəzarət gücləndirilməlidir.

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub.

"Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır”,-deyə V.Əhmədov əlavə edib.

"Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”. (Modern.az)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb