• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaq

Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaq
16.01.2020 23:44
Bu gecədən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı rəsmi təbliğat-təşviqat kampaniyasına start verilir.


Anews.az  modern.az-a istinadən xəbər verir ki, namizədlər bu gün - yanvarın 16-dan 17-nə keçən gecə, saat 12-dən etibarən öz təbliğat-təşviqat kampaniyalarını apara biləcəklər.


Qeyd edək ki, seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır.


Təşviqat kampaniyasında Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.


Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması, yayılması qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər.


Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət və ya bələdiyyə orqanlarında, idarələrində, təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq qadağan edilir. Həmçinin, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə də seçkiöncəsi təbliğat-təşviqat aparmaq səlahiyyəti verilmir.


Seçki Məcəlləsinin iyirmi beşinci fəslində də Milli Məclisə seçkilərə hazırlıq qaydaları öz əksini tapıb. Seçki Məcəlləsinin 155-ci maddəsinə görə, televiziyaların ayırdıqları pulsuz efir vaxtının 1/3-i qeydə alınmış namizədlərə ayrılır. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar bu pulsuz efir vaxtından yararlana bilərlər. Növbədənkənar parlament seçkilərində 60-dan çox namizədi qeydə alınan yeganə partiya Yeni Azərbaycan Partiyası olduğundan ödənişsiz efir hüququnu da bu partiya qazanıb.


Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 17:30
Prezident bu qanunu təsdiqləyib
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Siyasət 12:50
Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Siyasət 12:49
Ötən il 2 minə yaxın estoniyalı turist Azərbaycana səfər edib
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Siyasət 12:45
Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib
Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur
Siyasət 12:43
Azərbaycan-Estoniya münasibətlərində müsbət dinamika müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol