Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.
AZXEBER.COM xəbər verir ki, partiyadan BakuPost.az-a verilən məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib.
Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.
Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !