Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov ötən gün axşam saatlarında qəbul keçirib.
Anews.az-ın reporta istinadən məlumatına görə, bu barədə deputat özü bildirib.
Onun sözlərinə görə, qəbul zamanı elektrik enerjisinin verilişi kəsilib.
Beləliklə, qəbulu axşam saatlarına təyin edən B.Məhərrəmov işıqların sönməsinə baxmayaraq görüşü davam etdirib.
Qeyd edilib ki, ötən gün axşam saatlarında Biləsuvar şəhəri ərazisində elektrik enerjisinin verilişi 15 dəqiqəyə yaxın kəsilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !