Deputat regionalarda kredit və vergilərin azaldılmasını təklif edib

11:27 | 14.11.2023
Deputat regionalarda kredit və vergilərin azaldılmasını təklif edib

Deputat regionalarda kredit və vergilərin azaldılmasını təklif edib

Regionalarda vergi və kreditlərin faizini aşağı salmaqla bir anda bir neçə problemi həll etmək olar. Bunu deputat Hikmət Babaoğlu deyib.

"Sosial xərclərdə növbəti il üçün 7% artım var. Bizim ölkədə sosial layihələr elə başa düşülür ki, vətəndaş işləməlidir, onu dövlət saxlamalıdır. Əslində isə bölgələrdə yeni işlər açmaqla bu xərcləri azalda bilərik. Regionlarda əhaliyə verilən kreditlərin faizi və vergisi də azaldılsa bu problemə kömək etmiş olar. Həm də Bakının sıxlıq problem aradan qalxar”, - deputat noyabrın 14-də Milli Məclisdə plenar iclas zamanı büdcə müzakirəsində bildirib. 

Deputat təhsillə bağlı vurğulayıb ki, ölkədə ingilis dilini öyrənməklə savadlı olmaq mümkün deyil.

"Təhilə çoxlu pullar ayrılır. Ciddi uğurlar əldə edirik. Amma dil bilmək savadllıq göstəricisi deyil. Bəzi gənclərimiz gedib xaricdə təhsil alıb gəlir və ölkəni təmsil etmək istəyir. Ölkənin milli ədəbiyyatını, mədəniyyətini, tarixini bilmədən idarəetmə mümkün deyil. Şagirdlərdən məktəblərdən yayınır dil öyrənməyə gedir. Bu şəkildə aristokrat yetişdirə bilərikmi?”, - deputat qeyd edib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür