Deputat Rüfət Quliyev lənkəranlıları qəbuldan qovub? - AÇIQLAMA

14:21 | 20.01.2020
Deputat Rüfət Quliyev lənkəranlıları qəbuldan qovub? - AÇIQLAMA

Deputat Rüfət Quliyev lənkəranlıları qəbuldan qovub? - AÇIQLAMA

Valideynlər deyirlər ki, icra başçısı Taleh Qaraşov isə məktəbə ayrılan təmir pulunu mənimsəyib
 

Bu bina Suriyada və yaxud da digər silahlı qarşıdurmalar olan ölkələr də deyil. Bu bina Lənkəranda yerləşir və 7 saylı tam orta məktəbin binasıdır. Həm də 73 saylı Lənkəran Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi də bu binada yerləşir.


Deməli, 2019-cu ilin mart-aprel aylarında məktəbdə deyilib ki, artıq bu məktəb bağlanır (yəni, yenidən tikiləcək) və sizi müvəqqəti 9 saylı məktəbə köçürdürük. Məktəbin kitabxanası, labaratoriya və digər bir neçə hissəsi köçürülüb. Amma nə hikmət olubsa, birdən icra hakimiyyətindən deyilib ki, köçürülmə dayanır və burda təhsil almağa davam edirsiniz.
 
Məktəbdə oxuyan şagirdlərin valideynlərinin sözlərinə görə, məktəbin yenidən tikilməsi üçün ayrılan maliyyə vəsaitini icra başçısı Taleh Qaraşov mənimsədiyinə görə, yeni məktəb binası tikilmir.
 
Məktəbin pəncərələrinin əksəriyyəti qırıq, damı uçuq vəziyyətdədir. Nəzərə alsaq ki, Lənkərana yağışlar daha çox yağır. Bu halda siz vəziyyəti təsəvvür edin.
 

Bu məktəb binası 73 saylı Seçki Dairəsininin ərazisinə düşdüyü üçün valideynlər dəfələrlə deputat Rüfət Quliyevə müraciət etsələr də heç bir nəticə əldə olunmayıb.
 
Valideynlərin biri deyir ki Rüfət Quliyev deyib ki, "Guya, biz yaxşı məktəb binasında oxumuşuq ki” deyərək onları qəbuldan qovub. Valideynlər deyir ki məktəbin çox savadlı müəllimləri var amma gəl gör ki şərait bu vəziyyətdədir.

Qeyd edirlər ki qorxa-qorxa uşaqlarını bu məktəbə göndərirlər. Çox dəhşətli mənzərədir. Ölkənin ən böyük şəhərlərin birində belə vəziyyətin olması həqiqətən acınacaqlıdır.

Anews.az məsələ ilə bağlı deputat Rüfət Quliyev ilə əlaqə saxladı. O bildirdi ki, bu mənə qarşı qara yalandır. Belə bir hadisə olmayıb. Mən heç kimi qovmamışam. Mənim qəbuluma kim gəlirsə onları qəbul edirəm. Özüm də indi Lənkərandayam. Kimin nə problemi varsa sabah mənim ofisimə yaxınlaşa bilər. Mən onlara bacardığım qədər kömək etməyə çalışacağam. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM