Tibb Universitetini bitirənlər regionlardakı xəstəxanalara təcrübə üçün göndərilməlidir. Bunu deputat Aqil Abbas deyib.
"Müəllimlər üçün belə bir qayda var idi. Universiteti bitirən kimi xidmət üçün regionalara göndərildi. Bu qədər tələbə univrsiteti bitirirsə, nə üçün həkim vakansiyaları boş qalır. Hazırda Xankəndinə getmək istəyən çoxdur. Çünki mənzil, maaş kimi imtiyazlar var. Regionalara gedən həkimlər üçün də imtiyazlar olsa bu problem həllini tapa bilər", - deputat "Əhalinin
sağlamlığının qorunması haqqında” qanuna münasibət bildirərkən deyib.
Milli Məclisin deputatı deputata irad bildirərək söyləyib ki, rəsmi statistika olmayan məlumatların paylaşılması yolverilməzdir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !