Anews.az bildirir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədiv bildirib ki, çox qısa müddət ərzində başda ölkə prezidenti İlham Əliyev olmaqla, görülən tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısı alınıb:
"Ölkə rəhbərliyi tərəfındən düşünülmüş və ciddi adımlar atıldı. Operativ şəkildə xəstəxanalar müəyyənləşdirildi və onlara lazım olan avadanlıqlar respublikaya gətirildi. Mart aprel aylarında virusun yayılmasının hərəkəti nəzarət altına alındı, yoluxma halları minimiuma endirildi. Bu vəziyyət Nazirlər Kabineti yanında yaradılmış qərargaha imkan verdiki karantin rejimi yumşaldılsın. Yumşaldılmadan keçən müddət ərzində təəssüf ki, yenidən yoluxma hallarının sayı artmağa başladı. Bu vəziyyətdə yeganə düzgün qərar karantin rejiminin sərtləşdirilməsidir. Bu əhalinin risklərdən qorunması üçün yeganə düzgün qərardır".
Parlamentari bu vəziyyətdə əhalini qəbul edilən yeni karantin qaydalarına ciddi riayət etməyi, özlərinin, ailə üzvlərinin və ətrafdakıların həyatını riskə atmamalarını tövsiyə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !