Abşeron Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin müəllimi Xatirə Nəcəfovanın sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında çalışır. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.
Xatırladaq ki, deputat R.Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı bir müddət əvvəl xəbərlər yayılıb. O, T.Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb.
Rafael Cəbrayılovun, həmçinin, M.Qurbanova, O.Hacıyev, S.Məmmədova və onun oğlu F.Əliyevə də borcu olduğu ortaya çıxıb.
Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !